Separatçılar Ukrayna ordusunun mövqelərini atəşə tutub

Ukrayna hərbçiləri

-

Luqansk vilayətində separatçılar Ukrayna ordusunun mövqelərini «Qrad» qurğularından atəşə tutublar.

Ötən gecə baş verən atışma zamanı bir hərbçi ölüb, 17 nəfər yaralanıb.

Bu haqda Ukraynanın Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Ukrayna ordusu cavab atəşi açıb, havaya qırıcıları qaldırılıb.

Bundan əvvəl Ukrayna ordusunun Luqanskın Krasnodon şəhərindəki şaxtaya zərbələr endirdiyi haqda məlumatlar yayılmışdı. Separatçılar isə Donetsk vilayətində Dzerjinsk şəhərini ağır artilleriyadan atəşə tutmuşdu.