Steinmeier və Kerry casus qalmaqalını müzakirə edəcək

Almaniyanın xarici işlər naziri Steinmeier Vyanada İranla nüvə danışıqları vaxtı ABŞ Dövlət katibi Kerry ilə casdus qalmaqalını müzakirə erdəcək.

Steinmeier iyulun 11-də deyib ki, ABŞ və Almaniya qarşılıqlı etimaddan başqa, qarşılıqlı hörmət də qurmalıdır.

O deyib ki, Kerry ilə görüşdə bu mesajı çatdıracaq.

Steinmeier onu da bildirib ki, iyulun 10-da ABŞ kəşfiyyatının Berlindəki rəhbərini ölkədən çıxartmaq qərarından qaçmaq olmazdı, çünki ABŞ-ın Almaniyadakı casusluğu haqda aydın iddialar var.

Xarici işlər naziri deyib ki, ABŞ rezidentinin çıxarılması qərarı zəruri idi və etimadın qırılmasına reaksiya idi.

Almaniya mediasının məlumatlarına görə, iki alman kəşfiyyatçısı ABŞ-a casusluq edirmiş.