Əfqanıstandakı Azərbaycan sülhməramlıları geri dönüb

Azərbaycanlı sülhməramlılar

Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən 30 Azərbaycan hərbçisi rotasiya qaydasında Bakıya qayıdıb. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.