Bakı müəllimləri ana dilindən zəif nəticə göstəriblər

Arxiv foto

Bakı məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsində 357 məktəbdən 29 minə yaxın müəllim iştirak edib.

Təhsil Nazirliyinin məlumatına görə, bu, paytaxt məktəblərində çalışan müəllimlərin 96 faizini təşkil edir.

Məlumata görə, sınaq qiymətləndirilmənin nəticələri ilə bağlı təhlillər aparılıb və yekun rəy bütövlükdə qənaətbəxş hesab olunub.

Özünü sınayan müəllimlərin 14,4 faiz zəif, 85,6 faizi qənaətbəxş, 18,2 faizi isə yüksək nəticə göstərib.

Coğrafiya və riyaziyyat müəllimləri nisbətən yüksək, Azərbaycan dili və ədəbiyyat, kimya müəllimləri isə nisbətən zəif nəticə göstəriblər.

Nazirlik bildir ki, zəif nəticə göstərən müəllimlər üçün ixtisasartırma kursları, pilot və digər inkişafyönümlü layihələrdə iştirakı üçün imkanlar yaradılacaq.