Donbassda 2 hərbçi ölüb, 11 nəfər yaralanıb

-

Ukraynanın Donetsk vilayətində separatçıların yollara qoyduğu fuqasların partlaması nəticəsində iki hərbçi ölüb, 11 nəfər yaralanıb. Bu barədə «İnformasiya müqaviməti» qrupunun rəhbəri Dmitriy Timchuk məlumat verib.

Ukrayna hərbçilərinin «BTR»i Krasnaya Zarya yaşayış məntəqəsi yaxınlığında partlayıb. Həmin rayonda «BMP» də partlayıb. Maşında hərbi sursat olub. İki nəfər ölüb.

Məlumatda o da deyilir ki, Luqansk vilayətində Doljanskiy sərhəd keçid məntəqəsi atəşə tutulub, beş hərbçi yaralanıb. Cümə axşamına keçən gecə Ukrayna hərbçilərinin ümumilikdə beş blokpostuna atış açılıb.

Luqansk yaxınlığında, Metallist qəsəbəsində yaraqlılar hərbçilərin mövqelərini «Grad» qurğularından atəşə tutub. Zərərçəkən olmayıb, Timchuk yazır. Onu da qeyd edir ki, separatçılara qarşı əməliyyatlar zonasında durum gərgin olaraq qalır. Qeyri-stabil vəziyyət daha çox Donetsk, Qorlovka, Luqansk, Antrasit, Severodonetsk şəhərləri ərazisindədir.