Əfqanıstanda mülki əhali arasında ölümlər 17 faiz artıb

Əfqanıstanda ilin birinci yarısında mülki şəxslər arasında ölümlər 17 faiz artıb. Bunu BMT-nin yeni hesabatı bildirir.

Hesabata görə, 2014-cü il yanvar ayından iyun ayına kimi Əfqanıstanda 1564 adam öldürülüb.

2013-cü ilin birinci 6 ayında Əfqanıstanda 1342 adam öldürülmüşdü.

Öldürülən uşaqların sayında artım daha böyükdür – 21 faiz.

Bu ilin birinci yarısında Əfqanıstanda 295 uşaq qətlə yetirilib.

Hesabatda o da bildirilir ki, bu il raketlərdən, mərmilərdən, döyüşlərdən daha çox mülki şəxs öldürülüb, nəinki yollara, küçələrə qoyulan bombalardan və intiharçı hücumlardan.

Hesabata görə döyüşlər əhalinin sıx yaşadığı yerlərə yaxınlaşır.