Başkənd su anbarı - müharibə və istirahətin birgə yeri

Gədəbəyin Ermənistanla sərhəd Başkənd qəsəbəsi XIX əsrin 20-ci illərinə qədər Azərbaycan torpaqlarına aid olub. 20-ci illərdə ölkə rəhbərliyinin razılığı ilə bu kənd Sovet Ermənistanına verilib və anklav bölgə kimi 90-cı illərin əvvəllərinə qədər ona aid olub.

Dağlıq Qarabağ müharibəsi zamanı 1992-ci ilin yayında Ermənistan ordusu Başkəndin anklav vəziyyətindən çıxarılaraq, Ermənistanla birləşdirilməsi məqsədi ilə Gədəbəy rayonuna hücuma keçdikdən sonra yerli və Tovuz rayonundan olan könüllülərin keçirdiyi uğurlu hücum əməliyyatı nəticəsində Başkənd işğalçılardan azad edilərək, yenidən Azərbaycan torpaqlarına birləşdirilib.

Müharibənin izlərini hələ də daşlarında yaşadan kənddə həyat olmasa da yay günləri Başkəndin sovetlər zamanı tikilmiş su anbarının ətrafı insanlarla dolub-daşır. Gədəbəyin Şınıx, Novasaratovka və rayon mərkəzindən insanlar bura istirahətə gəlir, balıq tuturlar.

Burda balıq tutaraq istirahət edən bir neçə gədəbəyli ilə söhbət zamanı eşitdik ki, müharibədən əvvəl bu su anbarı hər il təmizlənirdi. İndi isə suyun dibi lillənib. Ona görə burda çimmək təhlükəlidir, çünki lilli su insanı bataqlıqda olduğu kimi özünə çəkir.