Prokuror Həsən Hüseynliyə 7 il iş istəyir

Həsən Hüseynli

-

İyulun 4-də Kəpəz rayon Məhkəməsində «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin məhkəməsi dava etdirilib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək Həsən Hüseynliyə 7 il iş istəyib.

Növbəti proses iyulun 11-ə təyin olunub.

Həsən Hüseynli silah tətbiq etməklə xuliqanlıq və qanunsuz soyuq silah gəzdirməkdə ittiham olunur.

QHT rəhbəri qeyd edir ki, bu il martın 31-də ona qarşı təxribat olub. Gəncədəki Mərkəzi Poçtun yaxınlığında 35-40 yaşlarında bir adam ona yaxınlaşaraq söz atıb, söyüş söyüb, daha sonra güc tətbiq edib. Elə həmin gün polisə üz tutan Arzu Qəhrəmanov Həsən Hüseynlinin onu bıçaqla vurduğunu iddia edib.