Moskvadan Krıma birbaşa reyslər avqustda başlayacaq

Arxiv foto

Moskvadan Simferopola qatarla və Kerçenskiy boğazından bərə ilə birbaşa reys avqustdan işə düşəcək. Bu barədə «İzvestiya» qəzeti yazır.

Beləliklə, Kazan vağzalından, Ukrayna ərazisindən yan keçməklə, birbaşa Krıma getmək mümkün olacaq. Ancaq bu yola 40 saatdan çox vaxt gedəcək.

Qatarda biletin qiyməti 3-5 min rubl olacaq. Qatarın Ryazanda, Lipeskdə, Voronejdə və Rostov-Donda dayanması planlaşdırılır.