Fələstinlilər yeniyetməni dəfn edirlər

Arxiv foto

-

İsraildə oğurlayıb öldürülmüş yeniyetmə bu gün Fələstində dəfn olunur. Bölgədə zorakılığın arta biləcəyi sarıdan ciddi narahatlıq yaranıb.

17 yaşlı Muhammad Abu Khdair-in iyulun 2-də öldürülməsini həm İsrail, həm də Fələstin liderləri pisləyib. Fələstin lideri Mahmud Abbas İsrail ekstremistlərini Khdair-i oğurlayıb öldürməkdə ittiham edib. Onun sözlərinə görə, 3 israilli yeniyetmənin oğurlanıb öldürülməsinə cavab olaraq Khdair-in meyiti yandırılıb.

İsrail baş naziri Benjamin Netanyahu bu «dəhşətli qətlin» dərhal araşdırılmasını tapşırıb, insanları hüququn aliliyinə hörmət qoymağa çağırıb.

Qətldən sonra Qüdsün şərqində yüzlərlə fələstinli və İsrail polisi arasında bir neçə saatlıq toqquşmalar olub.

Qəzzədəki fələstinli yaraqlılar İsrailə bir neçə raket atıblar. İsrail iyulun 3-də səhər əraziyə hava zərbələri endirib.