Ukrayna-Rusiya sərhədində keçid məntəqəsi atəşə tutulub

-

Ukraynanın şərqində çərşənbə gününə keçən gecə separatçılar Donetsk ərazisində Novozavosk keçid məntəqəsini atəşə tutub. Bir hərbçi həlak olub, dörd nəfər yaralanıb.

Yaraqlılar sərhədçilərə də atəş açıb. Sərhədçilər 4 hərbçinin yaralandığını, 3-ün ağır durumda olduğunu bildirir.

Ötən sutka Ukraynanın şərqində hərbi əməliyyatlarda bir hərbçi ölüb, 13 nəfər yaralanıb. Ukrayna ordusu T-64 tankını itirib.

Slavyanksda minomyot atəşi nəticəsində 250-dən çox yaraqlının öldüyü barədə xəbərlər gəlsə də, bu, rəsmən təsdiqlənməyib.