Sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Azerbaijan - money, manat

Sahibkarlığa Kömək Milli Fondu Bakının Xəzər rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Bu barədə İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, iyunun 25-də Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonun Mərdəkan qəsəbəsində keçirdiyi işgüzar forumdan sonra bu ərazi üçün prioritet investisiya sahələrini müəyyənləşdirib.

Xəzər rayonunda ixtisaslaşdırılmış «yaşıl market»in, müasir ət kəsimi və çörək müəssisəsinin, kiçik və orta həcmli istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması nəzərdə tutulub.

Sahibkarlığa Kömək Milli Fondu bildirir ki, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.