Hüseyn Cavidin taxta başdaşı...

Hüseyn Cavidin sürgün zamanı dəfn edildiyi 1941-ci ildə Rusiyanın İrkutsk vilayətinin Tayşet rayonunu Şevçenko kəndindək məzarlıq 1982-ci ildə 100 illik yubileyi ilə əlaqədar açılmış və nəşi Naxçıvan şəhərinə gətirilərək evinin yanında dəfn edilmişdi. Həmin anlardan xatirə fotosu.

Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani aıləsındə dünyaya göz açan Azərbaycan dramaturqu, repressiya qurbanı Hüseyn Cavid ibtidai təhsilini Naxçıvan şəhərində aldığı zaman yaşadığı Naxçıvan şəhərindəki evləri.

Bir əsrdən artıq yaşı olan bu ev Hüseyn Cavidin ata mülkü olsa da, Sovetlərin işğalından sonra əsl sahiblərindən alınmış və müxtəlif məqsədlərlə istifadə edilmişdir. Yalnız bu ev 1982-ci ildə şair və dramaturq Hüseyn Cavidin doğumunun 100-cü ilində xüsusi göstərişlə onun ev muzeyinə çevrilmişdir.

Ev muzeyində Hüseyn Cavid və ailəsinə aid əşyalar nümayiş etdirilir. Cavidin iş masası və yazı ləvazimatları buna misaldır.

Cavidin iş masası və yazı ləvazimatları.

Evin dəhlizi.

Evdə qonaq otağı kimi istifadə edilən böyük otaq.

Muzeydə nümayiş etdirilən H. Cavidin "Şeyx Sənan" pyesinin əl yazmalarından bir neçə vərəq.

H. Cavidin "Şərqə doğru" şerinin əl yazması.

Hüseyn Cavid sürgün zamanı 1941-ci ildə Rusiyanın İrkutsk vilayətinin Tayşet rayonunu Şevçenko kəndində həbsxanaların birində vəfat etdikdən sonra həmin kəndin məzarlığında dəfn edilmişdi. 1982-ci ildə H.Cavidin 100 illik yubileyi ilə əlaqədar məzarı açılaraq nəşi Naxçıvan şəhərinə gətirilmiş və evinin yanında dəfn edilmişdi. Şevçenko kəndindəki məzarından götürülmüş torpaq və məzarın üzərinə qoyulmuş "59" nömrəli taxta baş daşı. Məzar 1982-ci ildə açılmış, Hüseyn Cavidin 100 illik yubileyi ilə əlaqədar nəşi doğulduğu Naxçıvan şəhərində dəfn edilmişdi.

Hüseyn Cavidin Şevçenko kəndindəki məzarın üzərinə qoyulmuş "59" nömrəli taxta baş daşı.

Hüseyn Cavid sürgün zamanı 1941-ci ildə Rusiyanın İrkutsk vilayətinin Tayşet rayonunu Şevçenko kəndində həbsxanaların birində vəfat etdikdən sonra həmin kəndin məzarlığında dəfn edilmişdi. 1982-ci ildə H.Cavidin 100 illik yubileyi ilə əlaqədar məzarı açılaraq nəşi Naxçıvan şəhərinə gətirilmiş və evinin yanında dəfn edilmişdi. Şevçenko kəndindəki məzarından götürülmüş torpaq və məzarın üzərinə qoyulmuş "59" nömrəli taxta baş daşı. Məzar 1982-ci ildə açılmış, Hüseyn Cavidin 100 illik yubileyi ilə əlaqədar nəşi doğulduğu Naxçıvan şəhərində dəfn edilmişdi.

1956-cı ildə Hüseyn Cavidə verilmiş bəraətdən sonra evinin fasadına vurulmuş xatirə lövhəsi.

Hüseyn Cavidin sürgün zamanı dəfn edildiyi 1941-ci ildə Rusiyanın İrkutsk vilayətinin Tayşet rayonunu Şevçenko kəndindək məzarlıq 1982-ci ildə 100 illik yubileyi ilə əlaqədar açılmış və nəşi Naxçıvan şəhərinə gətirilərək evinin yanında dəfn edilmişdi. Həmin anlardan xatirə fotosu.

Ev muzeyinin divarında işlənmiş H. Cavidin həyatındakı öz vətənindən başqa iki önəmli şəhər olan Təbriz və İstanbulun fonunda çəkilmiş rəsmi.

H. Cavidin 23 yaşında vərəmdən vəfat etmiş oğlu Ərtoğrul Cavidin çəkdiyi rəsm. Şekspirlə Bethovenin rəsmləri arasında Abbas Mirzə Şərifzadə "Şeyx Sənan" rolunda. Ərtoğrul Cavid 1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağrılmış, "Xalq düşməni"nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilmişdi. Ağır iş rejimi və xəstəliyi ucbatından atasının ölümündən iki il sonra Ərtoğrul Cavid də vəfat etmişdir.

Evin uzun dəhlizi.

Evin qonaq otağı.

Hüseyn Cavidin ibtidai təhsilini Naxçıvan şəhərində aldığı zaman yaşadığı Naxçıvan şəhərindəki evləri.

Bu evin qarşısında iki il öncəyə qədər Hüseyn Cavidin əkdiyi qeyd olunan böyük tut ağacı var idi. Sonralar bu ağac qurusa da bir neçə metrlik gövdəsi boyadılmış və ev muzeyinin bir hissəsi olmaqla yanaşı bir Cavid xatirəsinə çevrilmişdi. Sonralar onun ətrafında bahalı malikanə tikildiyi zaman həmin ağac da sanki Hüseyn Cavid taleyi yaşadı və onu bir daha görən olması.

Hüseyn Cavidin sürgün zamanı dəfn edildiyi 1941-ci ildə Rusiyanın İrkutsk vilayətinin Tayşet rayonunu Şevçenko kəndindək məzarlıq 1982-ci ildə 100 illik yubileyi ilə əlaqədar açılmış və nəşi Naxçıvan şəhərinə gətirilərək evinin yanında burda dəfn edilmişdi. 1996-cı ilə qədər boş ərazidə sezilməyən məzar həmin ildə üzərində məqbərə tikilərək daha abadlaşdırılmış və diqqəti çəkən olmuşdu.

Məqbərə iki hissədən - Salon və onun altındakə məzarlıqdan ibarətdir.

İnsanlar adətən salonun mərkəzində qoyulmuş kiçik pəncərədən onun altındakı məzarları görə bilir. Amma aşağı təbəqəyə giriş xüsusi icazə ilə mümkündür.

İnsanlar adətən salonun mərkəzində qoyulmuş kiçik pəncərədən onun altındakı məzarları görə bilir. Amma aşağı təbəqəyə giriş xüsusi icazə ilə mümkündür.

1982-ci ildə Hüseyn Cavidin məzarı bura köçürüldükdən və üzərində məqbərə ucaldıldıqdan sonra qızı Turan Cavidin xahişi ilə H. Cavidin həyat yoldaşı Mişkinaz Cavid və oğlu Ərtoğrul Cavidin də nəşi buraya gətirilib dəfn edildi. 2004-cü ildə Cavid ailəsinin son üzvü Turan Cavid də gözlərini əbədiyyətə yumduqdan sonra o da ailə məzarlığında dəfn edildi. İllər boyu görüşə bilməyən ailə sanki burda birləşdilər, əbədi olaraq.