Əfqanıstanın cənubunda NATO əsgəri öldürülüb. Hücum iyunun 25-də olub. NATO yaydığı bəyanatda detalları açıqlamayıb.
Bu ilin sonunadək xarici əsgərlər Əfqanıstandan çıxacaq.
Ölkənin cənubu Talibanın sığınacağıdır.
İyunun 26-da isə Əfqanıstanın milli təhlükəsizlik rəsmisi İslamabada səfər edəcək. İki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığının müzakirəsi gözlənir.