İsti Naxçıvanın sərin «Payız meşəsi»

"Payız Meşəsi" adlanan bu ərazi Naxçıvan əhlinin yay günlərində dincəlmək üçün üz tutduğu yerlərdən biridir.

Babək rayonunun Cəhri, Gülşənabad və Payız kəndlərinin yanında yerləşən bu ərazi dağlar arasından axan Cəhri çayının kənarında bir yaşıl adadır. O qədər də böyük olmayan bu meşə massivi çılpaq dağlar arasında bir gözəllikdir.

Yay günlərində istirahət üçün əhali arasında Batabat qədər populyar olmasa da, Payız meşəsi şəhərə yaxınlığı ilə daha çox seçim ediləndir. Çünki nəzərə alsaq Batabat şəhər mərkəzindən 57 km, Payız meşəsi isə təqribən 20 km uzaqlıqdadır.

Bura istirahətə gələn insanlar adətən kabablıq üçün qoyun-quzu ilə gəlir. Cəhri çayı ətrafında heyvanlar kəsilir, ocaqlar yandırılır və döşəklər ağac kölgələri altına sərilir.

Bura istirahətə gələn insanlar adətən kabablıq üçün qoyun-quzu ilə gəlir. Cəhri çayı ətrafında heyvanlar kəsilir, ocaqlar yandırılır və döşəklər ağac kölgələri altına sərilir.

Yay günlərində Cəhri çayının suyu isti olsa da Payız meşəsində qaynayan bulaq daha sərindir. Adətən bu bulaq həm də içkilərin sərin qalması üçün də istifadə edilir.

Uşaqlar arxın qarşısını çimmək üçün kəsirlər.

Badımcan kababı.

Badımcan kababı.

Adətən heyvan kəsildikdən sonra kabablıq hissəsi ayrılır, kabab edilir və dərhal yeyilir, yerdə qalan hissə isə bir neçə saat sonra üçün yerli dillə desək "Bozpört" hazırlanır.

Nahar hazırlığı.

Nahar hazırlığı zamanı gənclər futbol oynayırlar.

Nahar hazırlığı zamanı gənclər futbol oynayırlar.

Közdə kabablar hazır olmaq ərəfəsində.

Közdə kabablar hazır olmaq ərəfəsində.

Şişdəki kabablar hazırdır.

Kabablar hazırdır.

Kabab.

Payız meşəsinin bir hissəsi ətraf kəndlərin mal-qara, qoyun-quzuları üçün həm də otlaq yeridir. Bu kəndlərin heyvanları səhərdən axşama kimi burada otarılır.

Mal-qara sürüsü otlaqlardan kəndə qayıdır.

Mal-qara sürüsü otlaqlardan kəndə qayıdır.