Qazaxıstanda Jurnalistlər Birliyi WikiLeaks saytının yaradıcısı Julian Assange-a mükafat verib. Mükafat ona araşdırıcı jurnalistikaya verdiyi töhfələrə görə təqdim olunub.
Birliyin sədri Seyitqazy Mataev iyunun 24-də deyib ki, mükafat Assange-a ona görə verilir ki, o, Qazaxıstanda jurnalistlərin istifadəsi üçün xeyli «maraqlı» material ortaya qoyub.
Mataev-in sözlərinə görə, mükafat və açıqlanmayan pul məbləği Assange-a poçtla göndəriləcək.
Assange 2012-ci ilin iyunundan Ekvadorun Londondakı səfirliyində qalır