Ukraynanın separatçı liderləri müvəqqəti atəşkəsə razılaşırlar

-
Ukraynanın şərqindəki separatçı liderlər iyunun 27-dək müvəqqəti atəşkəsə razılaşdıqlarını bildiriblər. Bunu qondarma «Donetsk Xalq respublikasının» baş naziri Aleksandr Borodai iyunun 23-də bəyan edib. Həmin gün Moskva, Kiyev və ATƏT təmsilçilərinin iştirakı ilə sülh danışıqları keçirilib.

Borodai deyib ki, qondarma «Luqansk Xalq respublikası»ndakı separatçılar da iyunun 27-dək atəşkəsə razılaşıblar. Onun sözlərinə görə, separatçıların təmsilçiləri Ukrayna böhranının həlli üçün danışıqlara qoşulacaq.

Öncə separatçılar prezident Petro Poroshenko-nun iyunun 20-də elan etdiyi birtərəfli atəşkəsi rədd edib.

İyunun 23-də isə Avropa Birliyinin xarici işlər nazirləri bildiriblər ki, Rusiya Poroshenko-nun sülh planını dəstəkləməsə, ona qarşı daha geniş sanksiyalar tətbiq oluna bilər.

UKRAYNA XƏBƏRLƏRİNİ CANLI BLOQDA İZLƏ