Mirzə Cəlilin ev muzeyi - Naxçıvan

Yazıçı və publisist Cəlil Məmmədquluzadənin doğulduğu, uşaqlıq və gənclik illərini keçirdiyi ev indi onun ev muzeyi kimi istifadə olunur.

Bu ev muzeyi Naxçıvan şəhərində İdris Məmmədov küçəsində yerləşir. Bu ərazi "Şahab məhləsi" və "Qurdlar məhləsi" kimi də tanınır.

Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin 1998 – ci il, 31 dekabr tarixli sərəncamı ilə yaradılmış bu muzeyin 13 oktyabr, 1999 – cu ildə açılışı olmuş və o gündən Mirzə Cəlil yaradıcılığı həvəskarlarının ixtiyarına verilmişdir.

Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin 1998 – ci il, 31 dekabr tarixli sərəncamı ilə yaradılmış bu muzeyin 13 oktyabr, 1999 – cu ildə açılışı olmuş və o gündən Mirzə Cəlil yaradıcılığı həvəskarlarının ixtiyarına verilmişdir.

Muzeydə böyük ədibin həyat və yaradıcılığına dair ekspozisiya nümayiş etdirilməkdədir.

Cəlil Məmmədquluzadəyə və onun ailəsində məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının naxçıvanlı müasirlərinə aid tarixi sənədlər, onun mütaliə etdiyi klassiklərin əsərləri və şəxsi kitabxanası muzeyin eksponatları arasındadır.

Cəlil Məmmədquluzadənin qızı Münəvvər xanıma məxsus pionino.

Cəlil Məmmədquluzadənin şəxsi kamançası.

Cəlil Məmmədquluzadənin qonaq otağı.

Cəlil Məmmədquluzadənin Qori seminariyasında oxuduğu vaxtlar seminariya yoldaşları ilə.

Yazıçının ev əşyaları.

Həmin dövrə aid telefon.

Cəlil Məmmədquluzadənin seminariya diplomu.

Cəlil Məmmədquluzadədə olan "Molla Nəsrəddin" məcmuəsinin bəzi saylarının əsli.

Evin dəhlizi.

Evin həyəti belə görünür.

Cəlil Məmmədquluzadənin ev muzeyinin girişi.