Putin-in köməkçisi Lavrovun Bakı səfərini uğurlu adlandırır

Ushakov (sağda)

-
Rusiya prezidenti Vladimir Putin-in köməkçisi Yuriy Ushakov Rusiyanın xarici işlər naziri Sergey Lavrov-un Azərbaycana səfərini kifayət qədər uğurlu adlandırıb.

Ushakov jurnalistlərə deyib ki, bu səfərin davamı olaraq Putin və Əliyevin iyunun 23-nə telefon danışığı nəzərdə tutulub.

Sergey Lavrov iyunun 17-18-i Azərbaycana səfər etmişdi.