İyunun 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin əvvəlinədək növbədə dayanan, müharibə əlillərinə bərabər tutulan şəxslərdən 200 nəfərinə «Naz-Lifan» markalı minik avtomobillərini təqdim edib.
Nazirliyin saytında verilən məlumata görə, onlardan 154 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar, 46 nəfəri isə Çernobıl əlilləridir.
Xəbəri nazirliyin saytı yayıb.