Moskvada Aleksei Navalny-nin mənzili axtarılıb

Aleksei Navalny


Moskvada müstəntiqlər Kremlin tənqidçisi Aleksei Navalny-nin mənzilini axtarıb.

Rusiya Təhqiqat Komitəsi bildirir ki, agentlər Navalny-nin evinə iyunun 20-də səhər 4-də gəliblər, axtarış onun 2007-ci ildə bir müxalifət partiyasını aldatması ilə əlaqədar aparılıb.

Navalny-nin sözçüsü deyib ki, bir neçə əşya müsadirə olunub. Köhnə hesablar da buraya daxildir.

Moskva Helsinki qrupunun rəhbəri Lyudmila Alekseyeva deyib ki, bu insident ona 1930-cu illərdə Stalin dövrünün axtarışlarını xatırladır.

Navalny hazırda ev dustağıdır, Yves Rocher fransız kosmetika firması ilə əlaqədar saxtakarlıq işində ittiham olunur.

Navalny işi siyasi motivli sayır.