Berlusconi-nin apellyasiya məhkəməsi başlayır

Silvio Berlusconi


İyunun 20-də Silvio Berlusconi-nin apellyasiya məhkəməsi başlayır. İtaliyanın keçmiş baş naziri azyaşlı fahişə ilə cinsi əlaqəyə görə pul verməkdə ittiham olunur.

Ötən il Berlusconi yeddi illik həbs cəzasına məhkum edilib. Onun dövlət qulluğunda çalışması da qadağan olunub. Prokurorlar onun dəbdəbəli evində erotik məclisdə azyaşlı ilə cinsi əlaqəyə girdiyini deyirlər.

Apellyasiya prosesinə görə cəzanın icrası yubanır. Ancaq Berlusconi hal-hazırda vergi ittihamı ilə bir illik icbari iş yerinə yetirir.