Türkiyənin keçmiş prezidenti ömürlük həbs cəzası aldı

Kenan Evren (solda) və Tahsin Shahinkaya.

.

Türkiyənin 7-ci prezidenti Kenan Evren ömürlük həbsə məhkum edilib.

96 yaşlı eks-prezidentlə yanaşı hərbi hava qüvvələrinin keçmiş komandanı Tahsin Shahinkaya da ömürlük həbs cəzası alıb.

Shahinkayanın 89 yaşı var.

Evren və Shahinkaya 1980-ci ilin hərbi çevrilişində oynadlıqları rola görə ömürlük həbs cəzası alıblar.

Onlar həmin çevrilişə başçılıq ediblər. O vaxt Kenan Evren ordunun baş qərargah rəisi idi. 1982-cüi ildə yeni Konstitusiya qüvvəyə minəndən sonra Evren 1989-cu ilə qədər Türkiyənin prezidenti olub.

Onların məhkum olunması Erdogan hökumətinin konstitusiyaya dəyişiklik etməsindən sonra mümkün olub. Həmin dəyişiklik bu şəxslərin toxunulmazlığını götürdü.