Krım tatarlarının lideri deyir ki. onun oğlunu Krım hakimiyyəti girov saxlayır

Krım tatarlarının lideri Mustafa Dzhemilev deyib ki, Krım hakimiyyəti onun oğlunu girov saxlayır.

Khaiser Dzhemilev 2013-cü ilin mayında dostunu güllə ilə vurmaqda ittiham olunaraq həbsxanaya salınıb.

Krım Rusiyaya birləşəndən sonra bu cinayət işinə yenidən baxılır.

Müstəntiqlər bu həftə bildiriblər ki, Khaiser Dzhemilevə 3 maddə ilə cinayət işi açılıb, onlar arasında adam öldürmə və qanunsuz silah gəzdirmə maddələri də var.

Krımın anneksiyasının qəti əleyhinə olan Mustafa Dzhemilev deyir ki, əgər onun oğlunu - Ukrayna vətəndaşını Rusiya qanunları ilə məhkum etsələr, o, Avropa insan haqları məhləməsinə müraciət edəcək.