Sünni yaraqlılar neft zavoduna hücum çəkib


Sünni yaraqlılar iyunun 18-də Bağdadın şimalında İraqın ən böyük neft emalı zavoduna hücum ediblər.

Xaricilər zavoddan çıxarılıb, ancaq yerli əməkdaşlardan çoxunun qaldığı bildirilir.

Özünü İraq və Şam İslam Dövləti adlandıran silahlı qruplaşma Bağdada doğru irəliləməkdədir.

Yaraqlılar ölkənin şimalını tutandan sonra beynəlxalq ictimaiyyətdə belə bir qorxu yaranıb ki, İraq məzhəblərə parçalana bilər.