Gürcüstanda hakim partiya seçkilərdə qələbə çalıb

David Narmania

-
Gürcüstanın baş naziri Irakli Gharibashvili deyir ki, hakim Gürcü Arzusu koalisiyası yerli seçkilərdə qələbə çalıb. Koalisiyadan namizəd David Narmania iyunun 15-də Tbilisi mer seçkilərinin birinci raundunda qalib gəlib.

Gharibashvili deyib ki, Gürcü Arzusu ölkənin bütün regionlarında qalibdir.

Heç də bütün ekzit-pollar Gharibashvili-nin qələbə çalacağını göstərmirdi. Vahid Milli Hərəkat partiyası deyirdi ki, ekzit-pollar Tbilisidə mer seçkilərinin ikinci raundunun keçiriləcəyini göstərir.

24 partiya və siyasi blok 12 şəhərdə mer postu, 71 region və şəhər şurasında isə yerlər uğrunda mübarizə aparırdı.