Prezident İlham Əliyev Yunanıstana gedib

Prezident İlham Əliyev

İyunun 15-də prezident İlham Əliyev Yunanıstana rəsmi səfərə gedib. Hələlik səfərin gündəliyi haqqında məlumat yoxdur.

Prezidentlə birlikdə Yunanıstanda olan birinci xanım Mehriban Əliyeva bu gün Afinada “ELPİDA” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə tanış olub. Ona “ELPİDA” mükafatı təqdim olunub.