Həlak olmuş Ukrayna hərbçiləri Moskvada da yad edilib

Rusiya yönlü silahlı separatçılardan biri Luqansk hava limanında vurulmuş Ukrayna təyyarəsinin yanında. 14 iyun 2014

İyunun 15-də Ukraynanın Moskvadakı səfirliyinin qarşısına 20-yə yaxın rusiyalı toplaşıb. Onlar həlak olan Ukrayna hərbçilərini xatirəsini yad edib.

Toplaşanlar “Ukraynaya eşq olsun!”, “Qəhrəmanlar ölmür!” şüarları səsləndirib, Ukraynanın himnini oxuyublar. Aksiyaçılar diplomatik missiyasının önünə gül dəstələri qoyub.

Rusiya milisi matəm aksiyasının keçirilməsinə mane olmayıb.

Bu gün Ukraynada matəm günüdür.

Matəm günü ilə bağlı əyləncə və idman tədbirləri təxirə salınıb.

İyunun 14-də Luqansk hava limanında yerə enərkən separatçılar Ukrayna Silahlı qüvvələrinin “İL-76” hərbi-yük təyyarəsini vurub. Təyyarədə olan 9 ekipaj üzvü və 40 hərbçi həlak olub.

Təyyarə rotasiya üçün şəxsi heyət daşıyırmış. Təyyarədə hərbi texnika, avadanlıq və ərzaq olub.

Təyyarənin zenit qurğusundan və iriçaplı pulemyotla vurulduğu bildirilir.

UKRAYNA XƏBƏRLƏRİNİ CANLI BLQODA İZLƏ