Avropa İttifaqı Cənubi Qafqaza yeni elçi təyin edib

Herbert Salber

-
Avropa İttifaqı alman diplomat Herbert Salber-i Cənubi Qafqaz məsələləri və Gürcüstan böhranı üzrə xüsusi təmsilçisi postuna təyin edib.

Diplomatik karyerası Almaniya Xarici İşlər Nazirliyində başlayan Salber Belqrad, Vyana və Moskvada çalışıb, ATƏT-in Qazaxıstan ofisinin rəhbəri, ATƏT-in Münaqişələri Önləmək Mərkəzinin direktoru olub.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi postunu bundan əvvəl Philippe Lefort tuturdu.