FHN leysanın Gəncəyə vurduğu zərəri hesablayır

Gəncə


Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin rəhbərlik etdiyi qrup Gəncə şəhərinə səfər edib.

Şəhər İcra Hakimiyyətinin başçısı ilə birlikdə Bakıdan gələn komissiya təbii fəlakətdən ziyan çəkən evlərə baş çəkib, hadisə ilə bağlı yerindəcə tanış olublar.

Təbii fəlakətdən ziyan çəkən vətəndaşlara bildirilib ki, onlara dəyən ziyan tez bir zamanda aradan qaldırılacaq. Komissiyanın üzvləri yerindəcə aktlar tərtib edib xələl görən evləri siyahıya alıb.

Qeyd edilib ki, Gəncədə vətəndaşların mənzillərinə dəyən ziyanın həcmi bir həftə ərzində ictimaiyyətə açıqlanacaq.