İyunun 11-də Nizami rayonundakı «Ocaq» Açıq Səhmdar Cəmiyyətinə məxsus mebel fabrikində yanğın baş verib.
Ümumi tutumu 50 kub.m olan taxta yonqarı bunkerində əvvəlcə partlayış, sonra yanğın olub. Yanğın nəticəsində 4 fəhlə xəsarət alıb. Onlar Yanıq Mərkəzinə və 1 saylı Mərkəzi Klinik xəstəxanasına aparılıb.
Yanğın saat 14:57-də söndürülüb.
Xəbəri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.