Pakistan rus hərbi vertolyotları almaq üçün danışıqlar aparır

Arxiv foto


Rusiyanın Pakistandakı səfiri deyir ki, İslamabad Moskva ilə danışıqlar aparır və Rusiyadan Mİ-35 hərbi vertolyotlarını almaq istəyir. Vertolyotlardan nə qədər alınacağı hələlik bəlli deyil.

Alexey Dedov iyunun 10-da İslamabadda jurnalistlərə danışıb. Dedov-un sözlərinə görə, Rusiya Pakistanla ikitərəfli əlaqələrin dərinləşdirilməsində maraqlıdır. Dedov onu da deyib ki, Pakistandan yüksək çinli diplomat, Sartaj Aziz bu ayın sonunda Kazanda regional təhlükəsizlik konfransına qatılacaq.

Milli təhlükəsizlik və xarici işlər üzrə müşavir olan Aziz Rusiyanın xarici işlər naziri Sergei Lavrov-la görüşəcək.