Əfqanıstanda 5 əcnəbi hərbçi öldürülüb

Əfqanıstan


Əfqanıstanın cənubunda beynəlxalq koalisiyanın 5 hərbçisi öldürülüb.

Bu haqda NATO komandanlığı məlumat yayıb.

Onların hansı şəraitdə öldürülməsi və hansı ölkələrin vətəndaşı olmaları haqında məlumat verilmir.

İlin əvvəlindən Əfqanıstanda 36 əcnəbi hərbçi öldürülüb.