İran prezidenti Türkiyəyə gedir

Hassan Rohani

-

İran prezidenti Hassan Rohani Türkiyəyə səfər edir. Məqsəd ikitərəfli münasibətləri gücləndirməkdir. İki ölkə regional nüfuz uğrunda mübarizə aparır və Suriya müharibəsi üzrə dərin ziddiyyətləri var.

İyunun 9-da Tehranı tərk etməzdən öncə Rohani iki ölkənin bütün sahələr üzrə əməkdaşlığını «vacib» adlandırıb.

Rohani Türkiyə prezidenti Abdullah Gul və baş nazir Recep Tayyip Erdogan-la görüşəcək.