İki erməni əsgərinin öldürüldüyü xəbəri yayılıb

Arxiv foto


Azərbaycanla Ermənistan sərhədində iki erməni əsgərinin azərbaycanlı snayper tərəfindən öldürüldüyü bildirilir.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsur Hovannisian deyib ki, serjant Andranik Egoian və əsgər Boris Gasparian iyunun 5-də ölkənin cənub-qərb sərhədində öldürülüb.

Azərbaycan tərəfdən hələlik şərh verilməyib.

Son həftələr ərzində Ermənistan-Azərbaycan sərhədində bir neçə zabit və əsgər həlak olub.