Hüseyn Xan Naxçıvanski haqqında çəkilən sənədli film yekunlaşır

Hüseyn Xan Naxçıvanski

-
Mədəniyyət və Turizm Nazirliyinin «Salnamə» studiyası Sankt-Peterburqun «Lennauçfilm» studiyası ilə birgə Hüseyn Xan Naxçıvanski haqqında film çəkir.

«Salnamə» kinostudiyasından AzərTAc-a bildiriblər ki, «Şərəf və ləyaqət» adlı film görkəmli hərbi sərkərdə Hüseyn Xan Naxçıvanskinin qəhrəmanlığı və peşəkarlığından bəhs edir.

Filmin çəkilişləri Bakı, Naxçıvan, Tbilisi, Sankt-Peterburq, Moskvada və Türkiyənin bir sıra şəhərlərində aparılıb.

Dövlət sifarişi ilə ekranlaşdırılan bu ekran əsərinin avqustda təhvil verilməsi nəzərdə tutulur.

Hüseyn Xan Naxçıvanski on beş yaşında ikən Sankt-Peterburqdakı paj korpusu məktəbinə verilib, 1881-ci ildə məktəbi «əla» qiymətlərlə bitirib, çarın xüsusi süvari qoşununda xidmət edib.

Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan Hüseyn Xan Naxçıvanskiyə 1903-cü ildə polkovnik rütbəsi verilib.

Birinci Dünya Müharibəsi cəbhələrində qazandığı qələbələrə və sərkərdəlik məharətinə görə 1916-cı ildə Hüseyn Xan Naxçıvanskiyə tam süvari qoşunu generalı rütbəsi verilib.

Xan Naxçıvanski Cənubi Qafqaz cəbhəsinin komandanı təyin edilib, Rusiyada fevral inqilabından sonra hərbi işdən uzaqlaşdırılıb.

Hüseyn xan 1919-cu ildə 56 yaşında Petroqradda (indiki Sankt-Peterburq) Müvəqqəti hökumət tərəfindən güllələnib.

BU LİNKDƏ HÜSEYN XAN NAXÇIVANSKİ HAQQINDA OXUYA BİLƏRSƏN