Ukrayna humanitar böhran olmadığını deyir

Donetsk

-

Ukrayna Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsini rədd edib, ölkədə vətəndaş müharibəsi və humanitar böhran olmadığını deyib.

Rusiyanın iyunun 2-də şuraya təqdim etdiyi qətnamə layihəsi Ukraynanın şərqində döyüşə dərhal son qoymağa, mülki şəxslərin zorakılıqdan qaçıb qurtarması üçün koridor yaratmağa çağırırdı.

Ukraynanın BMT-dəki səfiri Yuriy Sergeyev iyunun 4-də BMT-də mətbuat konfransında deyib ki, bu qətnamə gərəksizdir, çünki Ukraynada humanitar böhran yoxdur. Sergeyev qətnaməni «siyasi motivli» adlandırıb.

Ukrayna və qərb müttəfiqləri Moskvanı Ukraynanın şərqində rusiyayönlü separatçıları dəstəkləməkdə ittiham edir.