Çində 29 nəfər saxlanıb

Çin bildirir ki, şimal-qərbi Xincianq regionunda anti-terror əməliyyatında 29 nəfər saxlanıb.

Rəsmi Xincianq xəbər şəbəkəsi iyunun 5-də bildirib ki, saxlananlar separatçılığın qızışdırılması, sosial sabitliyin pozulmasında ittiham olunurlar.

Həbslərdən öncə müsəlman ekstremistlərə qarşı hücumlar baş verib. Pekin hücumçuların ölkədən kənar islamçı terror qruplarına bağlı dini ekstremistlər olduğunu bildirir.