Tanınmış müğənni Radmila Karaklajić Bakıya gəlir

Radmila Karaklajić

-

Yuqoslaviya və Serbiyanın xalq artisti, tanınmış estrada müğənnisi Radmila Karaklajić iyunun 4-dən 7-dək Bakıda olacaq.

Mədəniyyət və Turizm Nazirliyinin xəbərinə görə, Radmila Karaklajić ötən əsrin 60-80-ci illərində dəfələrlə Azərbaycanda qastrol səfərində olub.

Nazirlik Radmila Karaklajić-in səfər proqramını da açıqlayıb:

4 iyun

Saat 19.45. Belqrad-İstanbul-Bakı marşrutu ilə R.Karaklaiçin Bakı Hava Limanında qarşılanması (çəkiliş)

5 iyun

Saat 11.00. Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə Əliyevanın, SSRİ Xalq Artisti Müslüm Maqomayevin məzarlarının ziyarəti. Şəhidlər Xiyabanına ziyarət
Saat 15.00 Bakının gəzməli-görməli yerləri ilə tanışlıq (Dənizkənarı Milli Park, Bayraq meydanı)
Saat 19.00 Dövlət Filarmoniyasında keçiriləcək Azərbaycan Dövlət Rəqs Ansamblının konsertinə dəvət.

6 iyun

Saat 12.00 Heydər Əliyev Mərkəzi ilə tanışlıq, şəhər gəzintisi
Saat 15.00 Heydər Əliyev Fondunun muzeyi ilə tanışlıq
Saat 19.00 Beynəlxalq Muğam Mərkəzində keçiriləcək muğam konsertinə dəvət.