ABŞ Helsinki Komissiyası Azərbaycan üzrə dinləmə keçirəcək

Helsinki Komissiyasının səsdri Benjamin Cardin

ABŞ Helsinki Komissiyası Azərbaycan üzrə dinləmə keçirəcək. Dinləmə iyunun 11-nə təyin olunub.

ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadi və insan haqları tərəflərinin müzakirə olunacağı tədbir haqda Helsinki Komissiyasının yaydığı məlumatda deyilir ki, Azərbaycan ABŞ-ın tərəfdaşıdır, Avropanın enerji təchizatçısıdır, Əfqanıstanda beynəlxalq qüvvələrə yardım edir.

Bunlarla yanaşı , Azərbaycan Avropanın iki aparıcı insan haqları qurumlarının üzvü olmasına baxmayaraq mütəmadi olaraq qeyri-demokratik seçkiyə, siyasi rəqibləri ədliyyə sisteminin köməyi ilə cəzalandırmağa görə tənqid olunur.

Dinləmədə Dövlət Departamentindən Tom Melia, Eric Rubin, Milli Demokratiya Fondundan Miriam Lanskoy, Corctaun Universitetindən Brenda Shaffer iştirak edəcək.