MSK Poroshenkonu rəsmi olaraq seçkinin qalibi elan edib

Ukraynanın Mərkəzi Seçki Komissiyası rəsmi olaraq elan edib ki, Petro Poroshenko yeni prezident seçilib.

MSK-nın iyunun 2-də verdiyi məlumata görə, mayın 25-dəki prezident seçkilərində Poroshenko səslərin 54,7 faizini toplayıb.

Seçkidə ikinci yeri tutan Yulia Timoshenkoya səslərin 12,8 faizi verilib.
MSK bildirir ki, 35,5 milyon seçicidən 18 milyonu səsverməyə gəlmişdi.