Karxanalara daşınan təbiət gözəlliyi - Ağcakənd
1938-ci ildə Goranboyun dağlıq hissəsi mərkəz Aşağı Ağcakənd olmaqla, ətraf kəndlərlə birlikdə ayrıca rayon elan edilərək 26 Bakı komissarlarından biri olan erməni Stepan Şaumyanın adına Şaumyan adlandırılmışdı. Sonra 1991-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Şaumyan rayonu ləğv edilmiş və həmin ərazi yenidən Goranboya birləşdirilmişdir.
1992-ci ilin iyun ayında Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilmiş qəsəbə bütünlüklə yandırılsa da, bir müddət sonra Azərbaycan ordusu tərəfindən geri alınmışdır. İndi bu ərazidə əsasən Xocalıdan olan məcburi kpçgünlər və yaylaq zamanı burda məskən salan köçərilər məskunlaşıblar.

Bir zamanlar yerli ermənilərin yaşadığı bu evlər müharibə zamanı dağılsa da indi yavaş-yavaş bərpa edilməkdədir. Bu evlərin bir çoxu köçəri fermerlərin yay sığınacağıdır.
Bir zamanlar yerli ermənilərin yaşadığı bu evlər müharibə zamanı dağılsa da indi yavaş-yavaş bərpa edilməkdədir. Bu evlərin bir çoxu köçəri fermerlərin yay sığınacağıdır.
Yaylağa qalxmış bir ailənin alaçığı.
Son illər müharibənin dağıntıları bərpa edilməkdə olsa da, təbiət gözəlliklərinin də məhv edilməsi bir gerçəkdir.
Qəsəbənin hər tərəfini əhatə etmiş gözəl dağlar dağıdılaraq tərkibindəki əhəng daşları daşınır və bir təbiət gözəlliyi məhv edilir.
Son iki ildə bu dağıntı işləri daha da vüsət alıb. İki il əvvəllə müqaisədə bir neçə dağın tamamilə dağıldığını və ya qismən dağıldığının şahidi olduq.
Tərkibi əhəng daşı olan və partladılaraq dağıdılan dağlardan biri.
Bu işlər qəsəbənin hər yerində aparılır və kimlər tərəfindən edildiyi açıqlanmır.
İşlərin bir çoxu sadəcə dağlarla məhdudlaşmır, onlar hətta yaşayış evlərinə də yaxınlaşıblar.
Təbiət bu cür məhv edilməkdədir.
Yerli sakinlərin dediyinə görə iş fasiləsiz, 24 saat aparılmaqdadır.
Dağıdılmış dağın hissəcikləri yük maşınlarına doldurularaq karxanalara aparılır.
Dağıdılmış dağın hissəcikləri yük maşınlarına doldurularaq karxanalara aparılır.
Qəsəbənin ümumi yolu bərbad olsa da, bu yük maşınları üçün xüsusi yol da çəkilib.
Göranboyun bu cür göz oxşayan gözəl təbiətinin məhvi sadəcə dağların patladılaraq silinməsi ilə məhdudlaşmır. Dağ ətəklərində "istirahət mərkəzləri" adıyla tikilən "obyektlər" təbiətə sağalmaz zərbəzlər vurur.
Bu fotodakı mənzərə iki il əvvəl belə idi:
İndi isə belədir:
İki il əvvəl belə idi:
(Bu foto www.azerbaijanphoto.com layihəsi üçün çəkilib).
İndi isə belədir:
Bir zamanlar yerli ermənilərin, indi isə köçəri fermerlərin yaşadığı yarıdağılmış evlər.
Heyvandarlıqla məşğul olan kor çoban və qızı. Qızı həm də onun gözləridir.
Bir zamanlar yerli ermənilərin, indi isə köçəri fermerlərin yaşadığı yarıdağılmış evlər.
Bir zamanlar yerli ermənilərin, indi isə köçəri fermerlərin yaşadığı yarıdağılmış evlər.
Qoca nə zamansa dağıdılması nəzərdə tutulan dağın ətəyində əyləşib otlayan qoyun-quzusuna nəzarət edir.
Qəsəbə ətrafında məskunlaşmış Kəlbəcər rayonundan məcburi köçkün nənə və nəvəsi. Onlar yol kənarında turistlərə təndir çörəyi sataraq yaşayırlar.
Qəsəbənin sahibsiz qalmış evlərindən biri.