Luqanskda sərhədçilərlə separatçıların şiddətli döyüşü

-
Ukraynanın sərhəd xidmətinin məlumatına görə iyunun 2-də səhər saatlarında Luqansk şəhərinin çənubunda sərhəd xidmətinin bazaasına yüzlərlə rusiyapərəst yaraqlı hücum edib.

Kiçik fasilərlə ağır döyüşlər gün boyu davam edib. Yaraqlılardan 5 nəfər ölüb, 8 nəfər yaralanıb. Sərhəd xidmətindən yaralanan 10 nəfərdir. Onlardan bəzilərinin vəziyyəti kritikdir.

Separatçıların məlumatına görə, onlardan yaralanan 1 nəfərdir.

Ukraynanın sərhəd xidməti yaraqlıların dinc sakinlərdən qalxan kimi istifadə etdiyini bildirir.

Donbas regionunun Slavyansk şəhərində də döyüşlər getdiyi bildirlir.

UKRAYNA XƏBƏRLƏRİNİ CANLI BLOQDA İZLƏ