Rusiya Ukraynada atəşkəs təşəbbüsü irəli sürür

Luqansk vilayətinin Aleksandrovsk qəsəbəsində döyüş səhnəsi

-
Rusiyanın xarici işlər naziri Sergei Lavrov bildirib ki, Rusiya iyunun 2-də BMT Təhlükəsizlik Şurasına Ukraynada zorakılığa son qoyulması haqda qətnamə layihəsi təqdim edir.

Onun sözlərində görə, qətnamə layihəsində humanitar yardım dəhlizinin açılması və atəşkəs əldə olunması haqda dialoq təklif olunur. S.Lavorv həmçinin bildirib ki, Qərb ölkələri əmin ediridlər ki, Ukraynada mayın 25-dən, prezident seçiləndən sonra vəziyyət yaxşılaşacaq. “Vəziyyətin yaxşılaşması əvəzinə, hər şey tamamilə əks istiqamətdə inkişaf edir” – deyə Rusiya xarici işlər naziri əlavə edib.

Ukraynanın Luqansk vilayətində vəziyyət yenidən gərginləşib. Burada yaraqlıların Ukrayna hərbi hissələrinə hücumlarında şiddətli döyüşlər baş verib. Vilayətin cənubundakı sərhəd məntəqəsində Ukrayna sərhədçiləri ilə döyüşlərdə azından 5 yaraqlının öldürüldüyü bildirlir.

Lavyansk, Donetsk və Kramatorsk şəhərlərində də Ukrayna güc strukturlarının apardığı antiterror əməliyyatlarında silahlı toqquşmalar haqda xəbərlər yayılıb.

UKRAYNA XƏBƏRLƏRİNİ CANLI BLOQDA İZLƏ