"Ədəbi Azadlıq-2014" Müsabiqəsinin qalibləri bilindi

"Ədəbi Azadlıq" müsabiqəsinin büllur prizləri

-

Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzali.az-da keçirilən “Ədəbi Azadlıq-2014” Milli Müsabiqəsi yekunlaşdı.

Artıq həm şeir, həm də hekayə nominasiyasında qaliblər bəllidir.

Bunlar müsabiqənin 3 mərhələsinin yekununda hamıdan çox bal toplayan yazarlardır.

Son mərhələdə on-line səsvermə nəticəsində formalaşan sıralama əsasında hər bir münsifə 1-3-cü yerlərin sahiblərindən birinə 7 bal, 4-7-ci yerlərin sahiblərindən birinə 5 bal, 8-10-cu yerlərin sahiblərindən birinə 3 bal vermək təklif olunmuşdu.

Qaydalara görə, münsif oxucu səsverməsinin nəticələrini qəbul edə də bilərdi, tam, yaxud qismən rədd edə də bilərdi

Münsiflərdən 3-ü səsvermənin nəticələrinə əsasən yazarlara əlavə ballar verib. Bir münsif səsvermənin nəticələrini nəzərə almayıb və heç kimə əlavə bal verməyib. İki münsif isə səbətlərdən yalnız birinə bal vermək istəməyib.

On-line səsvermə müsabiqənin nəticələrinə TƏSİR ETMƏYİB. Müsabiqənin ilk iki mərhələsndən sonra ən çox bal toplayan, 1, 2 və 3-cü mükafatlara ən çox şansı olan yazarlar öz yerlərini qoruyublar.

"Ədəbi Azadlıq-2014" Müsabiqəsinin mükafatçılarına hədiyyələr də təqdim olunacaq.

Həm şeir, həm də hekayə nominasiyasında baş mükafat – iPhone-5S-dir.

2-ci və 3-cü mükafatçılar hədiyyələrini özləri seçə bilərlər.

2-ci yerın sahibi Netbook, yaxud videokamera, 3-cü yerin sahibi isə E-book reader, yaxud fotoaparatla mükafatlandırılacaq.

Müsabiqənin mükafatlandırma mərasimi iyunun 11-də keçiriləcək. Bu barədə əlavə məlumat verəcəyik,

Hər kəsə uğurlar!