Fransada yəhudi muzeyinə hücumda şübhəli şəxs saxlanıb

arxiv foto


Fransa polisi ötən həftə Brüsseldə yəhudi muzeyini gülləbaran etməkdə şübhəli bilinən bir nəfəri saxlayıb. Frans Press xəbər verir ki, şübhəli cənubi Marsel şəhərində saxlanıb. O, 29 yaşlı Fransa vətəndaşı Mehdi Nemmouche-dir.

Məlumatlara görə, onun üstündə Kalaşnikov avtomatı və başqa silahlar olub. Marsel dəmiryol stansiyasında saxlanıb. Brüssel üzərindən Amsterdama gedirmiş.

Mayın 24-də muzey gülləbaranında dörd nəfər öldürülüb.