Rusiyanın şimalında Murmansk regionunda vertolyot qəzaya uğrayıb. Vertolyotda 19 nəfər olub.
Rəsmilər Mi-8-in qəzaya düşməsinə pis hava şəraitinin səbəb olduğunu deyirlər. İki nəfərin xilas olduğu bildirilir.
Medianın yazdığına görə, vertolyotda yüksək rütbəli region rəsmiləri də var imiş.