İlham Əliyev həmsədrləri qəbul edib

Foto: Arxiv

-
Mayın 31-də prezident İlham Əliyev Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri Igor Popov (Rusiya), James Warlick (ABŞ) və Jacques Faure (Fransa) ilə görüşüb.

Görüşdə yaxın zamanlarda fəaliyyətə başlayacaq yeni fransalı həmsədr Pierre Andrieu və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrzej Kasprzyk də iştirak edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti müzakirə olunub. Danışıqların perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Məlumatı prezidentin rəsmi saytı yayıb.

Həmsədrlər Bakıdan əvvəl - mayın 16-dan 19-na kimi Dağlıq Qarabağ, Kəlbəcər və Laçında olublar.