Aktrisanın yubiley tortu səhnədəcə kəsildi

Tamaşadan görüntü

-
Mayın 29-da Azərbaycan Dövlət Musiqili Teatrında N.V.Qoqolun «Evlənmə» tamaşası göstərilib.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, tamaşanın finalı fərqliliyi ilə seçilib.

Düz üç ildir ki, teatrın repertuarında olan səhnə əsərinin növbəti nümayişi respublikanın xalq artisti Şükufə Yusupovanın yubileyinə həsr edilib.

Şükufə Yusupova «Evlənmə» tamaşasında Fiokla İvanova rolunda çıxış edir.

Xəbərdə deyilir ki, tamaşanın sonunda sənət yoldaşları, teatrın direktoru Əliqismət Lalayev aktrisanı elə səhnədəcə təbrik ediblər.

Seyrçilərin alqışı və atəşfəşanlıq sədaları ilə səhnədə doğum günü tortu kəsilib. Bayram sevinci, sənət xadimlərinin iştirakı ilə pərdə arxasında davam edib.

AzadlıqRadiosunun «İz» proqramı yubiley təbriklərinə qoşulur.