Rusiya rəsmiləri Abxaziya lideri ilə görüşür

-
Rusiya prezident administrasiyasının rəsmiləri Gürcüstanın separatçı Abxaziya regionunun de fakto prezidenti Aleksandr Ankvab və Suxumidə onun qərargahını tutan müxalifət liderləri ilə görüşüblər. Mayın 29-da görüşlərdən sonra da prezident binası müxalifətin əlində qalıb.

Rusiya Təhlükəsizlik Şurası katibinin köməkçisi Rashid Nurgaliyev mayın 28-də Ankvabla görüşüb. O, ofisinin tutulmasını “silahlı çevriliş cəhdi” adlandırıb. Məlumatlara görə, Putinin köməkçisi Vladislav Surkov Ankvab və müxalifət liderləri – Raul Khajimba, Sergei Shamba, Akhra Bzhaniya və Vitaly Gabniy ilə görüşüb.

Müxalifət hökumətin, baş prokurorun və şərq regionlarının başçılarının istefasını tələb edir. Khajimba deyib ki, müxalifət hakimiyyəti “müvəqqəti ələ keçirir”.